Daxil ol

Daxil ol

Şifrənizi unutmusunuz?

Qeydiyyat

Qeydiyyat

2016 Opel Astra K modelinin rəsmi təqdimatı baş tutdu

2016 Opel Astra K modelinin rəsmi təqdimatı baş tutdu.

Gözlənildiyi kimi, Rüsselşeim tərəfindən təqdim edilən kompakt hetçbek modeli, özündən əvvəlki modelin bütün cizgilərini itirdi. Yerinə isə Monza konsepsiyası tərəfindən nümayiş etdirilən daha aydın biruza verilən çizgilərə sahib oldu. Buradan həmçinin görmək olar ki, avtomobil hardasa ölçülərinə görə Corsa modelinə uyğunluğu var. Lakin, avtomobilin damı daha mayillidir və fərqli C dayaqlara malikdir.

Həmçinin, yan güzgülər yerini dəyişib və dönmə fənərləri avtomobilin ön qənədi üzərində quraşdırılıb. Avtomobil daha mayilli ön fənərləri, Opel şirkətinin yeni "IntelliLux LED" matriks texnologiyasına sahib olduğu halda, LED tipli arxa fənərlərlə Astra K modelinə daha da, cəlbedici görüntü verir.

Salon hissəsinə gəldikdə, Opel salonu yeniləyərək ona daha da, gözəl görünüş verib. Salon yeniliklərinə, Google şirkətinə məxsus "Android Auto" və Apple şirkətinin "Car Play" dəstəkləyən, əvvəlki adi düymələri əvəz edən və böyük sensorlu displeylə təchiz edilən multimediya sistemi daxildir. Həmçinin, alətlər panelində böyük 8-dyumluq displey quraşdırılmışdır, 4G LTE, Wi-Fi kimi funksiyalarla təchiz edilmişdir. "Start / Stop" düyməsi, brend dəri ilə örtülmüş üç oxlu sükan və dizaynı daha da, cəlb edici etmək üçün bir çox parlaq qara və boz rəngli işləmələr vardır. Sürücü rahatlığını təmin etmək məqsədi ilə 18-kombinasiya ilə ayarlana bilən qızdırıcı, ventilyasiya və massaj funksiyası ilə təchiz edilən oturacaq quraşdırılıb.

Konstruksiya yeniliklərinə gəldikdə, Opel mühəndisləri avtomobilin çəkisini 120 kg-dan 200 kg-a kimi azalda biliblər. Bundan başqa, avtomobil 5 sm qısalaraq uzunluğu 4.37 m təşkil edib və təkər bazası da, 2 sm qısalaraq 2.66 sm təşkil edib.

Mühərrik xüsusiyyətlərinə gəldikdə, yeni "Opel Astra" modeli baza komplektasiyada 1.6 CDTİ mühərriklə 95 a.g. sahib olduğu halda, başlanğıc benzin yanacaqlı 1.0 ECOTEC 3-silindirli mühərriklə 107 a.g. sahibdir. Bundan başqa, yeni 145 a.g. 4-silindirli 1.4 ECOTEC mühərrik də yer ala bilər.

Avtomobil bir çox təhlükəsizlik sistemləri ilə də, təchiz edilə bilər ki, buraya "Lane Keep Assistance system" - Yoldan çıxmaya nəzarət edən sistem, "Lane Departure Warning" - yoldan çıxma xəbərdarlığı, "Traffic Sign Assistant" - yol nişanlarına nəzarət sistemi, Kruiz kontrol, parkinq sistemi, arxa kameralar və s. əlavə təhlükəsizlik sistemləri daxildir.

Mənbə: Opel

Facebook şərhləri

Bütün elanlar

  • saat ərzində0
  • gün ərzində0
  • ümumi say11

Archives

Bizimlə əlaqə

Copyright © 2015 - 2020. AvtoElan.az © 2019. Bütün hüquqlar qorunur