Daxil ol

Daxil ol

Şifrənizi unutmusunuz?

Qeydiyyat

Qeydiyyat

2016 Lexus RX modelinin Nyu-York avtomobil sərgisində təqdimatı baş tutdu

Yeni 2016 Lexus RX modelinin ilk təqdimatı bugün Nyu-York avtomobil sərgisində baş tutdu.

"Yeni həyəcanverici və cəsur görünüşlü" avtomobil kimi təsvir edilən, orta ölçülü lyuks sinfə daxil Lexus RX avtomobili 4-cü səviyyəli yenilənməyə sahib olub və bir çox dizayn işləmələrini kiçik NX modelindən götürüb. Ətrafında LED işıqlar, duman əleyhinə fənərlər və gündüz işıqları quraşdırılmış geniş radiator qəfəsinə sahib olub.

Hazırki, dizayndan göründüyü kimi, yeni RX daha çox mailli dama sahib olub ki, bu da, avtomobil üçün daha da hamar profil yaradır. Avtomobilin arxasındakı L-formalı LED fənərləri və ikili qazboğucu sistemi onu daha kəskin görünüşlü edir.

Salonunda 12.3-dyumluq multimediya sistemli displey quraşdırılıb və əlavə ödənişlə oturacaq başaltlıqları üçün displeylə də, təchiz edilir. Digər özəlliklərə, qızdırılan arxa oturacaqlar, 60:40 elektrik ötürücüsü və yenicə istehsal edilən elektrikli açıla bilən panoram dama sahib olub. Bura həmçinin, arxa sərnişinlər üçün multimediya sistemi daxildir ki, burda da, 11.6-dyumluq displeylərdən istifadə edilir.

Mühərrik xüsusiyyətlərinə gəldikdə, yeni RX 350 3.5-litrlik V6 tipli 300 a.g. səkkiz-pilləli avtomat transmissiyaya sahibdir. Lexus həmçinin, yeni RX 450h versiyasını da, təklif edir ki, burada V6 tipli 3.5 litrlik mühərriklə elektrik mühərrikinin vəhdətini təşkil edir və buradan da, 300 a.g. almaq mümkündür.

RX tarixində ilk dəfə olaraq, Lexus - adaptiv dəyişən asmaya (AVS - adaptive variable suspension) sahib olub ki, bu da, elektron nəzarət sistemi vasitəsilə amortizatorların və sükanın titrəyişlərini stabilləşdirir və avtomobili daha rahat idarə etməyə zəmanət verir. Bu sistem həmçinin, avtomobilin yüksək hərəkət sürətində dönməsi zamanı onun aşma ehtimalını azaldır.

Hər iki mühərrik xüsusiyyətlərinə sahib avtomobil, F SPORT versiyasında daha aqressiv kuzova sahibdir ki, bura 20-dyumluq təkər diskləri və alıcı üçün əlavə F SPORT alətlər paneli və TFT tipli multimediya displeyi daxildir. Paketə həmçinin, idman tipli eksklyuziv rəng çalarlarına sahib dəri ilə işlənmiş sükan və F-SPORT emblemi də, daxildir.

Ən mühüm olan isə, 2016 Lexus RX F SPORT versiyası aktiv stabilləşdirmə sisteminə sahib olmasıdır. Bu sistem avtomobilin kuzasının onun bütün künclərinə əsasən tarazlığını təmin edir.

Mənbə: Lexus və worldcarfans.com

Facebook şərhləri

Bütün elanlar

  • saat ərzində0
  • gün ərzində0
  • ümumi say11

Archives

Bizimlə əlaqə

Copyright © 2015 - 2020. AvtoElan.az © 2019. Bütün hüquqlar qorunur