2016 Kia Optima modelinin ilk rəsmi şəkli
Kia özününün yeni 2016 Optima modelinin ilk rəsmi şəklini paylaşdı.
Yeni dizayna gəldikdə, Kia Optima "SPORTSPACE" konsepsiyası ilə eyni oxşarlığa malikdir. Çox maraqlı bir quruluşda hazırlanan ön bufer üzərindəki kəsiklər və xromlanmış metal və böyük yeni kapot avtomobilə premium görünüş verir.
Kia-dan verilən məlumata görə, onların yeni dördüncü nəsil Optima modeli geniş seçimli mühərrikə sahib olacaq. Bundan başqa avtomobilin salonu əvvəlki modelə nisbətən daha çox premium özəlliklərə sahib olacaq.
Böyük ehtimalla yeni Optimanın SPORTSPACE konsepsiyası ilə yanaşı adlarının çəkilməsi ilə, yeni sedan modelinin həmçinin universal kuzalı versiyası da olacaq və mühərrik detalları Hundai Sonatadan götürüləcək. Ehtimal var ki, ABŞ versiyalı model 1.6 litrlik turbo mühərrikə, 2.4-litrlik və 2.0-litrlik mühərrik versiyalarına sahib ola bilər. Avropa versiyalı Optima daha çox 1.7-litrlik CRDi dizel-elektrik tipli hibrid mühərrikə sahib olacaq.
Yeni Optima modeli rəsmi olaraq aprel ayının 1-də Nyu-York avtomobil sərgisində təqdim ediləcək.
Mənbə: Kia