2016 Honda CR-Z
Honda avtomobil şirkəti özünün yeni "CR-Z" modelinin Yaponiyada ilk təqdimatını həyata keçirtdi.
Oktyabr ayında satışa çıxarılacağı planlaşdırılan, yeni model, tam yeni ön buferə, yenilənmiş radiator qəfəsinə və LED işıqlandırmaya sahib olub. Yeni modeldə həmçinin yenilənmiş yan ətəklər, yeni arxa bufer ve 16 və 17-dyumluq yüngül lehimli təkər diskləri quraşdırılmışdır.
İnteryer yenilikləri məhdud olsa da, buraya, düymə ilə işəsalma, elektron park etmə sistemi və yenilənmiş audiosistem daxildir.
Avtomobil eyni hibrid gücə sahib olsa da, mühəndislər maksimal dərəcədə çalışıblar ki, CR-Z modelinin idarəetmə dinamikası daha yaxşı olsun. Bu səbəbdən də, avtomobildə enli şinlər, yenilənmiş əyləc sistemi və təkmilləşdirilmiş amortizatorların quraşdırılması ilə yeni asma tətbiq edilib.
Mənbə: Honda