Daxil ol

Daxil ol

Şifrənizi unutmusunuz?

Qeydiyyat

Qeydiyyat

Yeni 2016 Ford Taurus

Ford avtomobil şirkəti özünün yeni 2016 Taurus modelini rəsmi olaraq "2015 Shanghai Motor Show" avtomobil sərgisində təqdimatını planlaşdırıb.

Avtomobil “Çinin biznes adamları üçün nəzərdə tutulan premium model kimi” qiymətləndirilib. Göy rəngli oval formalı loqo ilə Çinin daxili bazarı üçün dizayn edilən bu model ölkəyə "buğa" adını gətirir.

Dizayn yeniliklərinə gəldikdə yeni "Taurus" modeli bir çox dizayn xüsusiyyətlərini hazırki bazarda satışda olan Mondeo və Fusion modellərindən götürüb. Bura, altıbucaqlı radiator qəfəsi, "geriyə daranmış" formalı LED fənərlər daxildir. Həmçinin, 19-dyumluq 10-oxlu təkər disklərini və LED arxa fənərləri də, qeyd etmək lazımdır.

İstehsalçıdan verilən məlumata əsasən, avtomobil “smart dizayn” tipli interyerə sahibdir. Bura, tam panoram tipli lyuk, 25-dən çox saxlanc yerləri və arxa sərnişinlər üçün geniş salon daxildir.

Mühərriki 2.7-litrlik V6-tipli EcoBoost mühərrikdir. Lakin, Ford mühərrik xüsusiyyətlərini hələki gizli saxlamağa üstünlük verir. Şayələrə görə avtomobil daha güclü fuknsional paketə sahib mühərriklə təchiz ediləcək.

Yeni 2016 Ford Taurus modelinin istehsalı yenicə açılmış və 760.000 dollar sərmayə tələb edən lahiyə ilə Ford və Changan modellərinin Hangzhou zavodunda baş tutacaq. Bu zavod Çində Ford istehsalı ilə məşqul olacaq altıncı zavoddur ki, ildə 250.000 avtomobil istehsal etmək gücünə malikdir.

Mənbə: Ford

Facebook şərhləri

Bütün elanlar

  • saat ərzində0
  • gün ərzində0
  • ümumi say11

Archives

Bizimlə əlaqə

Copyright © 2015 - 2020. AvtoElan.az © 2019. Bütün hüquqlar qorunur