Daxil ol

Daxil ol

Şifrənizi unutmusunuz?

Qeydiyyat

Qeydiyyat

2016 Ford Focus RS Nyu-York avtomobil sərgisində

Cenevrədəki avtomobil sərgisindən sonra yeni Ford Focus RS indi isə, Nyu-Yorkda keçiriləcək avtomobil sərgisində ABŞ versiyasında çıxış edir.

2.3-litrlik 4-silindirli EcoBoost mühərrikinin tam gücü haqda məlumat olmasa da, Fordun İrlandiya nümayəndəliyinin yaydığı məlumata əsasən mühərrik 345 a.g. sahib olacaq. Mühərrik ümumilikdə 6-pilləli mexaniki ötürücü qutusu ilə çalışacaq və avtomobil tam ötürücü sisteminə sahib olacaq. Avtomobil "Pilot Super Sport" şinləri ilə, və ya, "Pilot Sport Cup" şinləri ilə örtülmüş 19-dyumluq disklərlə də, təchiz edilə bilər.

ABŞ-da liderliyi ələ alacağı gözlənilən 2016 Ford Focus RS standart konfiqurasiyada ön disklərdə havalandırılma ilə təchiz edilən "Brembo" əyləclərə sahib ola bilər.

2016 Ford Focus modeli Almaniyada istehsal ediləcək və göy, boz, ağ və qara rəng çalarlarında alıcılara təklif ediləcək. Aprel ayının 1-dən etibarən isə, avtomobil 2015 Nyu-York avtomobil sərgisində təqdim ediləcək.

Mənbə: Ford

Facebook şərhləri

Bütün elanlar

  • saat ərzində0
  • gün ərzində0
  • ümumi say11

Archives

Bizimlə əlaqə

Copyright © 2015 - 2020. AvtoElan.az © 2019. Bütün hüquqlar qorunur