Daxil ol

Daxil ol

Şifrənizi unutmusunuz?

Qeydiyyat

Qeydiyyat

645 a.g. sahib 2016 Dodge Viper ACR modeli

Dodge bu ilin sonuna yaxın təqdimatı nəzərdə tutulan yeni 2016 Viper "American Club Racer (ACR)" modelinin test yürüşünü həyata keçirib.

"Zamanın ən sürətli yürüş modeli sayılan Viper" kimi tanınan, yenilənmiş dizayna sahib ACR versiyası V10 tipli 8.4-litrlik 645 a.g. və 6-pilləli ötürücü qutusuna sahib mühərriklə təchiz edilib. Bu model üçün Dodge şirkəti xüsusi sifarişlə, qazboğuculara düşən təzyiqi azaltmaq məqsədi ilə xüsusi qazboğucu ucluqlar quraşdırmışdır. Bundan başqa avtomobilin əyləc sistemi "Brembo" brendinə məxsus 390 mm-lik iki ədəd ön rotor və 360 mm-lik iki ədəd arxa rotordan ibarətdir və 6-porşenli ön əyləc supportu və 4-porşenli arxa əyləc porşeni ilə təchiz edilmişdir.

Avtomobil "Extreme Aero" paketi ilə təchiz ediləcək ki, bu paket sayəsində də, 2016 Viper ACR modeli "digər avtomobillərdən fərqli olaraq daha yüksək aerodinamik xüsusiyyətlərə sahibdir". Dodge tərəfindən həyata keçirilən test yürüşləri zamanı müəyyən edilib ki, 285 km/saat maksimal sürətlə hərəkət edən zaman avtomobilin maksimal yerə olan təsiri 1 tona bərabərdir. Paketə dəqiq tənzimlənmiş karbon lifli diffuzor ilə böyük arxa spoyler və unkikal SRT mühərrik kapotu daxildir.

Dodge mühəndisləri ideal 50:50 yüngülləşdirilmiş çəkini əldə etmək məqsədi ilə, onlar avtomobildə yüngül xalçalar, minimal üç-dinamikli səs sistemi və əllə tənzimlənən oturacaqlar quraşdırmışdılar. Avtomobilin yüngül çəkiyə sahib olması üçün həmçinin, yürüş zamanı 10 funksiyalı tənzimlənə bilən asma, vintvari "Bilstein" yarış amortizatorları və xüsusi olaraq bu model üçün hazırlanan yüksək keyfiyyətli "Kumho Ecsta V720" şinləri ilə örtülçüş 19-dyumluq təkər disklərinə sahib olub.

Mənbə: Dodge

Facebook şərhləri

Bütün elanlar

  • saat ərzində0
  • gün ərzində0
  • ümumi say11

Archives

Bizimlə əlaqə

Copyright © 2015 - 2020. AvtoElan.az © 2019. Bütün hüquqlar qorunur