Daxil ol

Daxil ol

Şifrənizi unutmusunuz?

Qeydiyyat

Qeydiyyat

Mazda şirkəti 2016 CX-3 krossoveri haqda yeni məlumat verib.

Mazda şirkəti 2016 CX-3 krossoveri haqda yeni məlumat verib.

CX-3 Sport versiyalı yeni Mazda avtomobili yenilənmiş eksteryerə və təkmilləşdirilmiş salon yeniliklərinə - havalandırma sistemi, teleskopik tənzimlənən sükan və oturacaqlar üzərindəki premium sinifli dəriyə sahib olub. Bu model həmçinin yeni kruiz-kontrol sistemi, elektriklə tənzimlnən pəncərələri və 60/40 qatlana bilən oturacaqlarla öyünə bilər. Digər yeniliklərə arxa kameralar, Bluetooth əlaqə və "MAZDA CONNECT" 7-dyumluq displeyə sahib multimediya sistemi daxildir.

Orta ölçülü "CX-3 Touring" alıcılarını daha keyfiyyətli eksteryeri - yan güzgülərdə quraşdırılan dönmə işıqları və 16-dyumluq yüngül lehimli diskləri ilə sevindirəcək. Avtomobil həmçinin 6-dinamikli audio sistemi və standart mərkəzi qoltuqluq ilə təchiz edilib.

"Touring" həmçinin müxtəlif opsiyalara sahib olub ki, bura qızdırılan ön oturacaqlar, dəri əvəzedici işləmələr, elektrikli lyuk və 7-dinamikli Bose audio sistemi daxildir.

Sinfin maksimal nümayəndəsi sayılan "CX-3 Grand Touring" versiyasında daha çox əlavələr vardır ki, bura əlavə olaraq LED işıqlar və 18-dyumluq yüngül lehimli təkər diskləri daxildir. Krossoverdə həmçinin avtomatik klimat kontrol sistemi, qızdırılan ön oturacaqlar və Bose audio sistemi quraşdırılmışdır. Növbəti lakin sonuncu olmayan yeniliyə, elektrikli lyuk və dəri / lyuks zamşa işləmələr daxildir.

Əgər alıcı bunlarla kifayətlənməsə, o zaman əlavə olaraq, "GT i-ACTIVSENSE" paketindən istifadə edilə bilər ki, bura da, avtomatik fənərlər, yağış sensorlu şüşəsilənlər, automatic headlights, rain-sensing wipers, hərəkət zamanı zolaqdan çıxma barədə xəbərdarlıq sistemi və hər şeydən əlavə - "Mazda Radar Cruise Control" sistemi daxildir.

Model seçimindən asılı olmayaraq, mühərrik 2.0-litrlik SKYACTIV-G texnologiyalı 146 a.g. mühərrikdir. Mühərrik 6-pilləli avtomatik transmissiya ilə hərəkətə gətirilsə də, bura əlavə olaraq, tam ötürücülük imkanını daxil etmək olar.

Mazda şirkətindən verilən məlumata görə avtomobilin minimum konfiqurasiyada qiyməti $20,000 başlayacaq.

Mənbə: Mazda ABŞ

Facebook şərhləri

Bütün elanlar

  • saat ərzində0
  • gün ərzində0
  • ümumi say11

Archives

Bizimlə əlaqə

Copyright © 2015 - 2020. AvtoElan.az © 2019. Bütün hüquqlar qorunur