Daxil ol

Daxil ol

Şifrənizi unutmusunuz?

Qeydiyyat

Qeydiyyat

2016 Chevrolet Malibu “Yeniyetmə idarəetmə” sisteminə sahib olub

2016 Chevrolet Malibu "Yeniyetmə idarəetmə" sisteminə sahib olub

Chevrolet 2016 Malibu modeli üçün yeni bir video çarx hazırlayıb. Lakin, bu dəfə mövzu yeni "Teen Driver" - gənc sürücü sistemi ilə bağlıdır.

Bu sistem yeniyetmə birinin avtomobili idarə edən zaman, onun valideynləri idarə zamanı nə baş verdiyi haqda xəbərdar olacaqlar. Sistem bir çox xüsusiyyətləri özündə cəmləyir: idarəetmə məsafəsini, maksimal sürəti, sürət aşma xəbərdarlığını və stabilləşdirmə mexanizmini. Bundan başqa, Yeniyetmə idarəetmə sistemi arxaya və düzünə hərəkət zamanı qəza anını təyin edərək ani dayanma funksiyası ilə də, təchiz edilib.

Əlavə olaraq, sürücü kəməri bağlayan ana kimi avtomobilin radiosu səssiz rejimdə çalışacaq və əgər, sürücü sürət həddini aşarsa o zaman dayanmadan səsli xəbərdarlıq işə düşəcək. Yeniyetmə sürücü aşağıdakı təhlükəsizlik sistemlərini şəxsən söndürə bilməyəcək: stabilliyə nəzarət sistemi, ön və arxa parking sistemini, yan görüntü məhdud olan sahələrə nəzarət sistemini, arxa və ön zərbə anına nəzarət sistemini, gündüz çalışan işıqları / avtomatik işıq idarəetməsi, dartmaya nəzarət sistemi və ön piyada təhlükəsi nəzarəti sistemi.

Bütün bu sistemlərin aktivləşdirilməsi və deaktiv edilməsi birbaşa olaraq valideyn nəzarəti altında olacaq ki, valideyn yeniyetmə sistemini xüsusi yaradılacaq PIN şifrə vasitəsilə ayarlarda ayarlanacaq ki, bu da, yalnız yeniyetmənin şəxsi açarı üçün ayarlanacaq. Yuxarıda göstərilən bütün bu təhlükəsizlik sistemləri yalnız yeniyetmə şəxsi açarını daxil edən zaman işə düşəcək.

Avtomobilin ilk təqdimatı Aprel ayının 1-də "New York Auto Show"-da baş tutacaq.

Mənbə: Chevrolet

Facebook şərhləri

Bütün elanlar

  • saat ərzində0
  • gün ərzində0
  • ümumi say11

Archives

Bizimlə əlaqə

Copyright © 2015 - 2020. AvtoElan.az © 2019. Bütün hüquqlar qorunur