Daxil ol

Daxil ol

Şifrənizi unutmusunuz?

Qeydiyyat

Qeydiyyat

2015 MINI JCW – sürət test yürüşü

Yanvar ayında Detroytda keçirilən NAIAS avtomobil sərgisində təqdimatı olan MINI modelinin yeni video klipi hazırlandı.

Klipdə professional sürücü tərəfindən idarə olunan avtomobilin 2.0-litrlik dörd silindirli və 228 a.g. mühərriklə hansı sürətə sahib olduğu nümayiş etdirilir. Mühərrik standart konfiqurasiyada altı-pilləli mexaniki ötürücü qutusu ilə, və ya, altı-pilləli Steptronic idman tipli transmissiya ilə təchiz edilə bilər.

Performans baxımından mexaniki transmissiyaya malik "MINI John Cooper Works" hetçbek modeli 100 km/saat sürətini cəmi 6.3 saniyəyə tamamlamışdır ki, bu da, avtomat transmissiyaya nisbətən 0.2 saniyə yavaşdır. Ötürücü qutusunun tipindən asılı olmayaraq avtomobilin maksimal sürəti 246 km/saat təşkil edir.

Güclü mühərrikdən başqa, yeni "MINI JCW" idman tipli asmadan və yüksək keyfiyyətli əyləclərdən də, yararlanır. Bundan başqa əlavə ödənişlə sifarişçi "Dynamic Damper Control" - (amortizatorların dinamik sərtliyinə nəzarət edən) sistemə sahib ola bilərlər.

Avtomobilin ABŞ-da ilkin satış qiyməti $30,600 dollardan, İngiltərədə isə bu ayın sonundan 22,865 funt sterlinqdən qiymətləndirilmə başlayacaqdır.

Mənbə: MINI

Facebook şərhləri

Bütün elanlar

  • saat ərzində0
  • gün ərzində0
  • ümumi say11

Archives

Bizimlə əlaqə

Copyright © 2015 - 2020. AvtoElan.az © 2019. Bütün hüquqlar qorunur