Daxil ol

Daxil ol

Şifrənizi unutmusunuz?

Qeydiyyat

Qeydiyyat

Yeni 2015 Fiat 500 modelinin rəsmi təqdimatı baş tutdu

Yeni 2015 Fiat 500 modelinin rəsmi təqdimatı baş tutdu

"Yeni Fiat 500" kimi adlandırılan və xoş təəssürat bağışlayan İtalyan şəhər avtomobili 1800 dizayn yeniliyinə sahib olub. Lakin, onların çoxusunu müəyyən etmək birqədər çətindir. Ən çox gözəçarpan yeniliklərə LED diodları ilə əhatə olunmuş yenilənmiş fənərlər daxildir. Həmçinin, yeni xrom tipli ön yeni ön radiator qəfəsi sayəsində, avtomobilin ön hissəsinin daha çox trapesvari olması gözəçarpır. Xromlanmış sahəyə həmçinin, avtomobilin ön aşağı hissəsindəki radiator qəfəsini də, aid etmək olar ki, "Lounge" versiyasına əsasən bu avtomobilə daha, gözəl görünüş verir.

Avtomobilin arxa hissəsinə nəzər saldıqda, burada, Fiat arxa fənərləri ortası kuzov rəngində olmaqla halqa şəkilli dizayn verib. Fiat dizaynerləri həmçinin, duman əleyhinə fənərləri və geri hərəkət işıqlarını bamperin aşağı hissəsində quraşdırıblar.

Avtomobilin yan hissəsinə nəzər saldıqda, görürük ki, yan xətt birqədər önə doğru mayilli istiqamət alıb. Həmçinin, müxtəlif dizayn versiyalarına uyğun olaraq yeni 15 və 16-dyumluq yüngül lehimli təkər diskləri əlavə edilib. Avtomobilin kuzası "Glam Coral - qlamur mərcan" və "Avantgarde Bordeaux - avanqard bordo" rənglərində və sarı ilə qara, və ya, qırmızı ilə qara rəng kombinasiyalarında təqdim edilir.

Salon hissəsinə gəldikdə, ən mühüm dəyişiklik kimi, "Lounge" versiyasında quraşdırılmış 5-dyumluq displeylə təchiz edilmiş "Uconnect" əyləncə sistemini göstərmək olar. Buraya həmçinin yeni dizayn edilmiş və yeni düymələrlə təchiz edilmiş sükan daxildir. Əgər, sizi "Fiat 500 Lounge" modeli maraqlandırsa, bu zaman əlavə olaraq, avtomobilin alətlər paneli üzərində 7-dyumluq TFT displey də, quraşdırıla bilər. Digər yeniliklərə erqonomik oturacaqlar və təbii işləmələr daxildir. 12V-luq rozetkanın da, yeri dəyişdirilib. Əlavə olaraq, Fiat avtomobilin salonunda səssizliyi təmin etmək məqsədi ilə səs izolyasılalı materiallardan çox istifadə edərək solona kənar səslərin daxil olmasının qarşısını alaraq salonu daha rahat etmişdir.

Mühərrik yeniliklərinə gəldikdə, yenilənmiş 500 modelində Avro 6 standartlarına tam cavab verən 5 və 6-pilləli robotlaşdırılmış mexaniki transmissiya quraşdırılmışdır. Satışa buraxlan zaman avtomobil 1.2-litrlik 69 a.g. və 0.9-litrlik "TwinAir" tipli 85 və 105 a.g. ilə təqdim ediləcək. Növbəti versiyalarda isə avtomobil 1.2-litrlik mühərrikin ekanom növü kimi 1.6-litrlik 95 a.g. "16v Multijet II" turbodizel mühərriki quraşdırılacaq.

Yeni "Fiat 500" modelinin satışı bu ilin payızına planlaşdırılıb.

Mənbə: Fiat

Facebook şərhləri

Bütün elanlar

  • saat ərzində0
  • gün ərzində0
  • ümumi say11

Archives

Bizimlə əlaqə

Copyright © 2015 - 2020. AvtoElan.az © 2019. Bütün hüquqlar qorunur