Daxil ol

Daxil ol

Şifrənizi unutmusunuz?

Qeydiyyat

Qeydiyyat

1001 a.g. sahib olacaq BMW M6 sifariş edilib

Almaniyanın tyuninq şirkəti olan "G-Power" söz verib ki, onlar "BMW M6 (E63)" modelinin tam yeni mühərrik konfiqurasiyasını hazırlayaraq onun gücünü "Bugatti Veyron" avtomobilinin gücünə çatdıracaq.

Bu təklif BƏƏ-dən olan alıcı tərəfindən gəlib ki, həmin alıcı 5.0 litrlik V10 tipli 494 a.g. avtomobili indi 1001 a.g. qədər tyuninq edilmiş mühərriklə əldə edəcək. Əlavə super kompressorlu və titan qazboğucu sistemlə, avtomobilin müqavimətinin daha da, artırılması gözlənilir.

Bu güclü mühərrikə sahib olacaq "M6 Coupe" modeli 100 km/saat sürətini cəmi 4.3 saniyəyə bitirəcək. Bu zaman elektriklə tənzimlənən maksimal sürət 200 km/saat təşkil edəcək. Digər tərəfdən, cəmi 9 saniyə ərzində isə avtomobil 300 km/saat sürətinə çatacaq ki, bu zaman isə elektriklə tənzimlənən maksimal sürət 370 km/saat təşkil edəcəyi gözlənilir.

Sifarişlə hazırlanan kuza, karbon liflərdən hazırlanacaq. Əyləcləri isə 400 mm lik disk üzərində quraşdırılan keramik əyləclər olacaq ki, onlar da, 21-dyumluq "HURRICANE RR" model yüngül lehimli disklər ilə örtüləcək. Tyuninq edilmiş "BMW M6 E63" həmçinin, Nyurburqinq qurğulu asmaya sahib olacaq. Həmçinin, xüsusi sifarişlə hazırlanacaq avtomobil salonu LED tipli işıqlandırma ilə təchiz ediləcək. Avtomobilin salonunda idman tipli çox yüngül və alkantar ilə örtülmüş karbon materiallı oturacaqlar və 400 km/saat göstəricisi olan spidometr quraşdırılmışdır.

Mənbə: G-Power

Facebook şərhləri

Bütün elanlar

  • saat ərzində0
  • gün ərzində0
  • ümumi say11

Archives

Bizimlə əlaqə

Copyright © 2015 - 2020. AvtoElan.az © 2019. Bütün hüquqlar qorunur